VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yaşa görə pensiya alanlar ümumi pensiyaçıların 65 faizdən çoxunu təşkil edir.

Xezerxeber.az-ın məlumatına görə, 2006-cı ildən qüvvədə olan qanunda yaşa görə pensiya təyin edilmiş şəxslərə pensiyada olma orta müddət qəbul olunub. Bu, 12 il, yəni 144 ay edir. Bu o deməkdir ki, 2006 ci ildən sonra istənilən vətəndaş yaşa görə pensiya təyin edildikdə, onun fərdi hesabında olan pensiya kapitalı və yaxud 2006-ci ilə qədər əmək stajında təsdiq olunmuş hər iş ilinə görə nəzərdə tutulan pensiya kapitalının cəmi 144 aya bölünür. 2006-ci ildən sonra fərdi uçot məlumatlarının üzərinə yeni kapitallar əlavə olunur. Beləliklə, ümumi məbləğ artır.

Təhsil və səhiyyə sektorlarında nisbətən az əməkhaqqı ilə çalışan yaşa görə əmək pensiyalarını yenidən hesablanması nəticəsinə əməkhaqlarında da fərdi qaydada artım müşahidə olunub. Eyni zamanda əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödəniləcək.

Dəyişikliklərə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq əməkhaqqının, illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.

Hesablama qaydaları elektron hökumət portalında Ədliyyə Nazirliyinin hüquqi aktlar dövlət reyestri xidmətinə yerləşdirilib. Vətəndaşlar bura daxil olaraq, elektron qaydada öz pensiyalarını hesablaya bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS