SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə zəng vurulduqdan sonra binaya giriş-çıxış dayandırılmışdı.

BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq Bakı Dəmir Yolu Vağzalının fəaliyyəti bərpa edilib. Vətəndaşlar binaya daxil olaraq ASAN Xidmət mərkəzinin və digər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə etməyə başlayıb. 

Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminov BAKU.WS-ə açıqlamasında bildirib ki, təhlükəsizlik tam emin edilib. Onun sözlərinə görə, binaya bomba qoyulması məlumatı öz təsdiqini tapmayıb. Stansiyasının rəisi əlavə edib ki, Bakı Dəmir Yolu Vağzalı əvvəlki qaydada işini davam etdirir. 

Xatırladaq ki, naməlum şəxs Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə zəng vurub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və xüsusi təlim keçmiş itlər cəlb edilib. Bakı Dəmir Yolu Vağzalı və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları binadan təxliyə edilib.

Tuncay
BAKU.WS