SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan yığmasının və “Qarabağ” klubunun baş məşçqisi Qurban Qurbanov mətbuat konfransında maaşı ilə bağlı açıqlama verib.

BAKU.WS-in məlumatına görə, baş məşqçi ilinə 1 milyon maaş alacağı barədə suala belə cavab verib:

“Maaşın məbləği məni o qədər də maraqlandırmır. Məni tanıyanlar bilir. Hədəfim Azərbaycan futboluna xidmət etməkdir. Maaşın nə qədər olması vacib deyil. Xalqımız, dövlət başçımız, AFFA rəhbərliyi tərəfindən mənə verilən qiymət aldığım maaşdan qat-qat çoxdur. Mənə daha çox maraqlı olan budur”, - deyə Qurban Qurbanov bildirib.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, AFFA ilə 6 illik müqavilə bağlayan Qurban Qurbanovun illik qazancı 1 milyon manatdır.

Qurban Qurbanovun komandası 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanarsa, məşqçi 200 min manat əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycanda illik qazancı 1,2 milyon avro idi.

BAKU.WS