"Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində çıxışı zamanı bildirib.

"Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir", - dövlət başçısı qeyd edib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ