VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, qanuna 14.1-1-ci maddə əlavə edilib:

BAKU.WS

14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
14.1-1.1. on iş günü müddətində verildikdə
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün20 manat
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün30 manat
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün40 manat
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara50 manat
14.1-1.2. beş iş günü müddətində verildikdə
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün30 manat
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün50 manat
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün70 manat
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara90 manat
14.1-1.3. bir iş günü müddətində verildikdə
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün50 manat
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün90 manat
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün130 manat
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara170 manat
1.3. Aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
14.3-1.1. on iş günü müddətində verildikdə15 manat
14.3-1.2. üç iş günü müddətində verildikdə35 manat
14.3-1.3. bir iş günü müddətində verildikdə45 manat

Bundan başqa, qanuna aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilib:

“Maddə 33-3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlərDövlət rüsumunun məbləği
33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə:
33-3.1.1. üç iş günü müddətində verildikdə20 manat
33-3.1.2. beş iş günü müddətində verildikdə10 manat
33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
33-3.2.1. üç iş günü müddətində verildikdə10 manat
33-3.2.2. beş iş günü müddətində verildikdə5 manat

Sənədə əsasən, qüvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.

Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

BAKU.WS