SİZİN REKLAM BURADA!
055 213 76 73



Düşmən atəşindən hərbi qulluqçumuz şəhid olub.

BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

BAKU.WS