SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tarixin ən zəngin terror təşkilatı olan İŞİD haqqında şok məlumatlar əldə olunub.
 
BAKU.WS-in məlumatına görə, terror təşkilatı gəlir əldə etmək üçün banklara əl qoyur, neft və tarixi əsər qaçaqmalçılığı ilə məşğul olur. Bununla yanaşı, terrorçular 8 milyon adamdan yığdığı vergilərlə gəlir əldə edir.

İraq ilə Suriya üzərində nəzarət etdiyi torpaqlarda "İslam Dövləti" qurmağa çalışan İŞİD Avstriya böyüklüyündəki torpaqlarını idarə etmək üçün də ciddi bir maddi qaynağa ehtiyac duyur. Təşkilat hər ay on minlərlə döyüşçüsünə 300 - 2000 min dollar arasında maaş ödəyir. "Ən yaxşı maliyyələşdirilən terror təşkilatı" olaraq xarakterizə edilən İŞİD-in 1 milyard dollardan çox pul vəsaiti olduğu güman edilir. 

Tarixin ən zəngin terror təşkilatı olan İŞİD dövlətlərlə müqayisədə isə "yoxsul" kateqoriyasındadır. İŞİD 1,5 milyard dollarlıq illik büdcəsi ilə Nikaraquayla eyni büdcəyə malikdir. Beynəlxalq Valyuta Fondunun son hesabatına görə, Nikaraqua dünyanın 131-inci iqtisadiyyatı sayılır.
 
Şahin Həbibov
BAKU.WS