SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Son günlər Bakı metrosunda qadınlarla kişilərin ayrı-ayrı qatarlarda getməsilə bağlı məsələ müzakirə olunur.

 

Bununla bağlı tanınmış ilahiyyatçı İsmayıl Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu ideya yaxşıdır. Onun fikrincə qadınların rahatlığını təmin etmək üçün metro və avtobus kimi nəqliyyat vasitələrində ayrı yer ayrılması gözəl olardı.

 

"Metroda qadınların istifadəsi üçün ayrıca vaqonların ayrılması bəyənilən haldır. Bununla onlar həm basırıqda əziyyət çəkməzlər, həm bəzi əxlaqsız şəxslərin qeyri-etik davranışlarına məruz qalmazlar. Bununla da qadınlar rahat gediş-gəliş edə bilərlər”, - deyə İsmayıl Əhmədov vurğulayıb.

 

 

 

 

 

İlahiyyatçı deyir ki, belə xidmət Misir, Səudiyyə Ərəbistanı və İran kimi dövlətlərdə tətbiq olunub. Hətta İran İslam Respublikasında qadınlar üçün xüsusi taksilər belə xidmət göstərir.

 

İsmayıl Əhmədov deyir ki, yaxşı olardı ki, Bakı metrosunda axırıncı 2 vaqon qadınlar üçün ayrılsın. Həmin vaqonlardan birində isə hamilə qadınlar üçün xüsusi şərait yaradılmalıdır: "Metrolarda bunun üçün xüsusi 2 vaqon ayrılsa yaxşı olar. Həmin vaqonlarda hamilə qadınlar üçün xüsusi şəraitində olması çox vacibdir”


Ziya Səccad

BAKU.WS