Şimali Koreyanın yeni raket sınağı dünyanı ayağa qaldırıb.

BAKU.WS-in məlumatına görə, Cənubi Koreya və ABŞ rəsmi Pxenyanın ballistik raketi sınaqdan keçirdiyini açıqladı. Daha sonra Şimali Koreya "Hwasong-15" adlı qitələrarası raketin bütün ABŞ-ı məhv etmək gücünə malik olduğunu bildirib.  

Ölkənin rəsmi xəbər agentliyi KCNA raketin göydə 4 min 475 kilometr hündürlüyə çatdığını, 950 kilometr məsafə qət etdikdən sonra Yapon dənizinə düşdüyünü açıqlayıb. KCNA-ya görə, raket havada 53 dəqiqə qalıb.

Şimali Koreya prezidenti Kim Çen In ölkəsinin nüvə gücünə sahib olduğunu rəsmən elan edib. 

ABŞ, ballistik raketin Şimali Koreyanın Sain Ni bölgəsindən havaya qaldırıldığı bildirilib. Raket sınaqlarına baxmayaraq, Cənubi Koreya ordusu eyni zamanda idarəolunan raketləri hazır vəziyyətə gətirib.

Rusiya günorta saatlarında sükutunu pozdu və Şimali Koreyanın raket sınağının təxribat olduğunu açıqladı. Kremlin sözçüsü Dimitri Peskov rəsmi Pxenyanla silah təhlükəsizliyi mövzusunda müzakirələrin aparılma ehtimalının azaldığını söyləyib.  

ABŞ prezidenti Donald Tramp isə raket sınağından sonra Cənubi Koreya və Yaponiyanın dövlət başçıları ilə telefon danışığı edib. Müttəfiqlər Şimali Koreyaya qarşı addımlar atılacağı barədə müzakirələr edib.  

Çin raket sınaqları ilə əlaqədar ciddi narahatlığını ifadə edib. Raket testinə qarşı olduğunu açıqlayan Pekin rəhbərliyi Kim Çen Inı BMT-nin qərarlarına riayət etməyə çağırıb. 

Raket sınaqlarına görə Şimali Koreyanı qınayan ölkələrdən biri də Filippin olub. Yaponiya hökuməti isə Şimali Koreyanın bu cür davranışlarının qəbul edilməz olduğunu ifadə edərək raket sınağını qınayıb. Tokio rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını təcili iclas etməyə çağırıb.

BAKU.WS