VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan "ASAN xidmət”də veriləcək.

"ASAN xidmət”dən BAKU.WS-ə verilən məlumata görə, 3 noyabr 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən "ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.
 
Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az  internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər. 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
 
Şahin Həbibov
BAKU.WS