SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında ölümlə nəticələnən davanın bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in məlumatına görə, Space TV-nin efirində yayımlanan “Hadisə harada Tahirə orada” verilişinin çəkiliş qrupu həmin məktəbdə olub.

Məlum olub ki, dava məktəbdən kənarda baş verib. Dava edən 9-cu sinif şagirdləri isə məktəbə gəlmir.

Dava zamanı şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib.

O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsərətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS