VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi məlum olub. Bununla bağlı AFFA-da xüsusi toplantı baş tutub. İclasın gündəliyindəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.

BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

BAKU.WS