SİZİN REKLAM BURADA!
055 213 76 73


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəis müavini vəzifəsinə yeni təyinat olub.

"Report"un məlumatına görə, polkovnik Şahverdiyev Mayıl Seminar oğlu SHÇDX-nin rəis müavini vəzifəsinə təyin edilib.

Bu təyinata qədər M.Şahverdiyev qurumun Göygöl rayon şöbəsinin rəisi olub.

Xatırladaq ki, SHÇDX-nın rəisi general-leytenant Arzu Rəhimovdur.

BAKU.WS