SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirir.

BAKU.WS-in məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edir. "Qarabağ" ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlir.

Qeyd edək ki, Qurban Qurbanovun komandası İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev.

Baş məşqçi: Qurban Qurbanov.

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 4. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko, 14. Qabi (k), 16. Şime Vrsalko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Ximenes.

Ehtiyat oyunçular: Migel Moya, 5. Tomas Parti, 9. Fernando Torres, 11. Anxel Korrea, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Ernandes.

Baş məşqçi: Dieqo Simeone.

18 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur

20:00. "Qarabağ" - "Atletiko" - 0:0 (Birinci hissə)


Qarşılaşmanın 75-ci dəqiqəsində Dinoya qarşı rəqibin cərimə meydançasında kobudluq edilsə də penaliti təyin edilmədi. Əksinə, ona ikinci sarı vərəqə göstərilərək oyundan kənarlaşdırıldı. Bununla da "Qarabağ" meydanda azlıqda qalır. Buna baxmayaraq komandamız əzmkarlıq nümayiş etdirərək rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yarattılar. Lakin hesab açılmır və qarşılaşma 0:0 hesabı ilə başa çatır.

BAKU.WS