SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün UEFA Çempionlar Liqasının III turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxt sakinlərinə müraciət edib.

BAKU.WS xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, tamaşaçılar stadiona sərbəst şəkildə gələ bilərlər: “Tamaşaçıların stadiona daşınması nəzərdə tutulmayıb. Bu, sərbəst şəkildə həyata keçiriləcək. Lakin buna baxmayaraq, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur”.

V. Əsədov qeyd edib ki, oyun başa çatdıqdan sonra tamaşaçıların avtobuslarla daşınması təmin ediləcək: “Stadiona toplaşmış tamaşaçılar oyun başa çatdıqdan sonra üç istiqamətdə - metronun “28 May”, “Qara Qarayev” və “20 Yanvar” stansiyaları istiqamətlərində onlar üçün ayrılmış xüsusi avtobuslarla daşınacaqlar”.

BAKU.WS