SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Rauf Əhmədovu SMS səsverməsinə çıxarıblar. Rauf isə ötən gün elan etdiyi kimi aktrisa Mehriban Xanlarovanı hədəf seçib.

86,87 faiz səs toplayan Rauf Əhmədov öz dediyi kimi “əjdahanın başını kəsib”. Lakin o, qərarını dəyişərək Mehriban Xanlarovanı şouda saxlayıb. O, öncə Zemfira Adıgözəlovanı oyundan uzaqlaşdırmaq istədiyini açıqlayıb. Amma Adıgözəlova əlini maşından götürməyib. Qərarında tərddüd edən Rauf Əhmədov gah özünün getmək istədiyini, gah da Vüqar Əbdülovu şoudan uzaqlaşdırmaq istədiyini bildirib. Lakin yenə də fikrini dəyişərək Zemfira Adıgözəlovanın üzərində dayanıb. Beləliklə bu dəfə də maşın Zemfira Adıgözəlova üçün əldən getdi.

BAKU.WS