VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin dünyaca məşhur “Arpaş” şirkəti Qarabağa bahalı qızıl-zinət əşyaları ixrac edir.

BAKU.WS-in məlumatına görə, “Arpaş” şirkətinin saytında qızıl-zinət əşyalarının ixrac edildiyi ölkələr arasında Qarabağ ayrıca dövlət kimi qeyd olunub. 

Maraqlısı budur ki, saytın rus və ingilis dillərindəki versiyasında Qarabağ ümumiyyətlə göstərilməyib. Bu fakt yalnız türk dili versiyasında var.

Saytda həmçinin qeyd olunur ki, “Arpaş” şirkəti Azərbaycana da öz məhsullarını ixrac edir.

“Arpaş” şirkəti 1982-ci ildə İstanbulda yaradılıb. Türkiyədə qızıl-zinət əşyalarını ixrac edən ilk şirkətdir. “Arpaş” 70-dən çox ölkəyə öz məhsullarını ixrac edir.

BAKU.WS