Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, QMİ sədri "Təzə Pir" məscidində qan verib.

Qanvermədə QMİ sədri ilə yanaşı, onun oğlu, habelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri də iştirak edib.

Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda bölgələlər də daxil olmaqla, 17 məsciddə qanvermə aksiyası keçirilir.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ