Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 2 il sonra qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər barədə məlumat verib. BAKU.WS-in məlumatına görə, o, Xəzər TV-yə müsahibəsində imtahanalarda tətqiq ediləcək açıq və digər növ sualların yoxlanılması qaydasını da izah edib.

Universitetlərə qəbul zamanı 11 ci sinif buraxılış imtahanının nəticələri də əsas götürüləcək. Şagirdlər qəbul imtahanlarında hər qrup üzrə 5 yox, 3 fəndən imtahan verəcəklər. Sonda qəbul imtahanı və buraxılış imtahanlarının nəticələri toplanacaq və abituriyentin ümumi balı müəyyənləşdiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, 2019 cu ildən etibarən qəbul və buraxılış imtahanlarında müxtəlif növ suallar tətbiq ediləcək. Açıq sualların sayı isə xüsusi ilə çox olacaq.

Məleykə Abbaszadə bildirib ki, yazı işlərinin yoxlanılması zamanı qiymətləndirmə konkret meyarlar əsasında olacaq. Ona görə də markerlər tərəfindən subyektivliyə yol verilməsi ehtimalı olmayacaq. Bundan başqa şagird və ya abituryent imtahandan sonra öz şəxsi kabinetində ona hansı əsasla bal yazıldığını görə biləcək.

Sədrin sözlərinə görə, iki ildən sonra ali məktəblərə qəbul zamanı hansı fənlərdən imtahan veriləcəyi sabah açıqlanacaq. Artıq bu Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahanlarda müəyyən dəyişikliklər olsa da universitetlərə qəbul yenədə 700 ballıq sistem əsasında həyata keçiriləcək. Qeyd edək ki, yeniliklərin tətbiqi üçün Dövlət İmtahan Mərkəzi beynəlxalq ekspertlərlə də əməkdaşlıq edir.

BAKU.WS