SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-nin prezidenti Vüqar Qaradağlı işdən çıxarılıb. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, kanal rəhbərinin işdən çıxarılmasına səbəb kimi aparıcı Turan İbrahimovun "ATV səhər" verilişində səsləndirdiyi qalmaqallı fikirlər göstərilir.   

Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində fəaliyyət göstərib.

BAKU.WS