ABŞ prezidenti Donald Tramp 8 ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasını məhdudlaşdıran immiqrasiya haqqında qanun imzalayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, Tramp ölkəyə daxil olmaq üzrə məhdudlaşdırıcı tədbirləri sərtləşdirib və siyahıya üç ölkəni əlavə edib.

Yeni qanuna əsasən Venesuela, KXDR və Çad vətəndaşlarına giriş qadağası oktyabrın 18-dən qüvvəyə minir.

"Qara siyahı"da həmçinin İran, Yəmən, Liviya, Suriya və Somali də var, Sudan isə "qara siyahı"dan çıxıb. Donald Tramp bu dəfə də müsəlman ölkəsi olmasına baxmayaraq Azərbaycanı "qara siyahı"ya əlavə etməyib.

Qeyd edək ki, məhdudiyyətlər bu ölkələrin ABŞ vətəndaşları ilə sübut olunmuş əlaqələri olan vətəndaşlarına qarşı da sərtləşdiriləcək və tətbiq ediləcək. Eyni zamanda, yeddi ölkənin vətəndaşlarının immiqrasiya və qeyri-immiqrasiya vizası ilə ABŞ-a girişi dondurulub.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ