SİZİN REKLAM BURADA!
055 213 76 73



Zaur Rafik oğlu Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.


BAKU.WS
-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
 
Qeyd edək ki, Zaur Əliyev 1981-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Böyük Britaniyada "East Anglia" universitetində mühasibat və maliyyə üzrə bakalavr dərəcəsini bitirərək Qazaxıstanın Almatı şəhərində "Ernst Young" şirkətində audit mütəxəssisi kimi iş fəaliyyətinə başlayıb. 2004-cü ildə "Ernst Young" şirkətinin Bakı ofisində eyni vəzifəyə, bir müddət sonra isə Böyük Britaniyanın London şəhərinə audit baş mütəxəssisi vəzifəsinə təyin olunaraq 5 ilə yaxın burada çalışıb. 2005-2008-ci illərdə imtahanlarda yüksək nəticə göstərərək Böyük Britaniyanın İxtisaslaşmış Mühasiblər Assosiyasıyasının (ACCA) həmkar üzvü olub.


Evlidir və iki övladı var.

Ziya Səccad

BAKU.WS