SİZİN REKLAM BURADA!
055 213 76 73




Sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərdə Çexiya istehsalı olan "DANA" özüyeriyən artilleriya qurğusunun istifadəsi Ermənistan mətbuatında böyük səs-küyə səbəb olub.

Azərbaycana yeni gətirilən genişmiqyaslı təlimlərdə istifadə olunan “SpGH DANA” özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir.

Hərbi maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.


Çexiya özüyeriyən haubitsaları 2018-2025-ci illərdə modernləşdirməyi planlaşdırırdı, amma, faktiki olaraq, Azərbaycan üçün qısa zamanda bu texnikanın bir hissəsini xüsusi olaraq müasirləşdirdi. Azərbaycanın özüyeriyən haubitsaları vaxtından əvvəl öz arsenalına cəlb etməsi ermənilərin ağlına yalnız bir cavabı gətirir: "Azərbaycan yaxın zamanda sürətli müharibəyə hazırlaşır". 

Ermənistan hakimiyyəti iddia edir ki, Çexiya ilə çox yüksək iqtisadi-siyasi əlaqələri var. Ancaq Azərbaycanın Çexiyadan aldığı silahlar bu mifi darmadağın etdi. Bu isə Ermənistan mətbuatında bomba effekti yaratdı. Çexiyanın Azərbaycanı silahlandırması prosesi gedirsə, Ermənistanla Çexiya arasında hansı yüksəksəviyyəli münasibətlərdən söhbət gedə bilər?

Ermənistan mətbuatı əminliklə yazır ki, Azərbaycanda böyük hərbi əməliyyatlara hazırlaşır və bu dəfəki zərbə "Aprel döyüşləri"ndən daha dağıdıcı və effektiv olacaq. Yad torpağında yaşayan sadə ermənilər isə bunu indi daha yaxşı başa düşür və müharibənin qoxusunu hiss edir. 

Şahin
BAKU.WS