VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Çelsi" Çempionlar Liqasında "Qarabağ" ilə oyuna hazırlaşır.

BAKU.WS xəbər verir ki, klubun futbolçuları yenidən Avropanın ən prestijli idman arenasına qayıtdığı üçün sevinclidir. Alvaro Morata və komanda yoldaşı Markos Alonso şübhəsiz ki, Çempionlar Liqasının ilk qarşılaşmasını səbirsizliklə gözləyir.

İspaniyalı futbolçu Morata həmyerlisi Alonso ilə birgə şəkilini paylaşaraq bunları yazıb: "Markos Alonso ilə birgə bərpa olunma prosesi. Çərşənbə axşamına hazırlaşırıq".


Antoniyo Kontenin komandası çempionatın son turunda səfərdə "Lester"lə oyunda gərgin mübarizə aparıb və 2:1 hesabı ilə qalib gəlməyi bacarıb. "Çelsi" Morata və keçmiş "Lester"in yarımmüdafiəçi Ngolo qol vurub.



Ardıcıl olaraq 3 həftədir qələbə qazanan "Çelsi" yeni mövsümə çox yaxşı başlayıb. İlk açılış oyununda xal itirsə də "zadəganlar" bu oyunu digər 3 oyundakı qələbələrlə kompensasiya edib. "Çelsi" oynadığı 4 çempionat matçında 8 qol vurub, əvəzində isə qapısından 5 top buraxıb.

"Yuventus"dan gəldikdən sonra Konte London təmsilçisinə müdafiə futbolu oynatdı və ötən il "Çelsi"ni çempion etməyi bacardı. Ancaq bu il nəticələrdən də göründüyü kimi "zadəganlar" daha çox hücum oyunu oynayır. Komanda qol vurmaqda çətinlik çəkməsə də öz qapısını toxunulmaz saxlamağa demək olar ki, müvəffəq olmur. Bu isə təmsilçimiz "Qarabağ"ın "Stamford Bridge" stadionunda fərqlənmə ehtimalını artırır. Qurban Qurbanovun futbolçuları artıq Londona çatıb və hazırlıqlara başlayıb. 


Bu gün Bakı vaxtıyla saat 21:15-də baş məşqçimiz Qurban Qurbanov media mənsublarının suallarını cavablandıracaq. Bakı vaxtıyla saat 21:45-də isə komandamız qarşılaşmanın keçiriləcəyi "Stamford Bridge" stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, "Çelsi” – “Qarabağ” matçı sabah saat 22:45-də start götürəcək. Uğurlaq "Qarabağ"!

Şahin
BAKU.WS