Bakıda avtobusda sürücü ilə sərnişin arasında gərginlin anlar yaşanıb.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunur ki, 6 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri ön qapıdan düşmək istəyir.

“Lakin sürücü buna mane olur və bildirir ki, avtobusdan düşmək üçün sərnişinlər orta və arxa qapılardan istifadə edə bilər. Mübahisədə elə bundan sonra başlayır. Xanım sərnişin qeyri etik ifadələrlə sürücünü təhqir edir”, - deyə məlumatda bildirilir.

BAKU.WS