SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz ovla bağlı video çarx hazırlayıb. 
 
BAKU.WS-in məlumatına görə, animasiya filmində meşədə gəzən cüyür təsvir olunub. Qanunsuz ovla məşğul olan şəxs nadir quşlardan birini vurur. Bunu görən cüyürün gözündən yaş gəlir. 
 
ETSN bu sosial çarx vasitəsi ilə qanunsuz ov edənlərə bir növ xəbərdarlıq mesajı göndərib. Videoda bildirilir ki, qanunsuz ov nadir canlıların nəslinin kəsilməsinə gətirib çıxara bilər. 
 
Qeyd edək ki, son günlər sosial şəbəkələrə ərəb şeyxlərinin Azərbaycanda ov etdikləri ilə bağlı şəkillər yayılmışdı. Hətta bəzi şeyxlər ölkəmizdə qanunsuz ovla məşğul olublar. Bundan sonra ETSN yol verilmiş nöqsana görə 18 min 500 manatlıq cərimə tətbiq etmişdi.
 
Şahin Həbibov
BAKU.WS