SİZİN REKLAM BURADA!
055 213 76 73



Bəzi kütləvi informasiya vasitələrində "Azəryolservis” Hacıbala Abutalıbovu ifşa etdi” adlı xəbər yayılıb.

 

Həmin xəbərlə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, verdiyi açıqlama düzgün başa düşülməyib.

"Mən orda qeyd etmişəm ki, yolların çəkilişi, təmiri əsasən yaz, yay və payızın ilk aylarında aparılır. Yağışlar yağarkən asfalt-beton döşənməsini həyata keçirmək olmur, yağıntılı günlərdə vurulan asfaltın keyfiyyəti aşağı düşür. Ancaq bu belə başa düşülüb ki,ümumiyyətlə payız-qış mövsümündə asfalt işləri görülmür”, - deyə Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, yağıntılı havalardan söhbət gedir. Digər günlərdə, yağıntısız günlərdə isə asfaltın döşənməsində heç bir problem yoxdur: "Sadəcə olaraq payız-qış mövsümündə havaların əsasən yağıntılı keçdiyini nəzərə alsaq, biz işlərimizi əsasən yaz və yay aylarında aparırıq. Ancaq bu o demək deyil ki, payız-qış mövsümündə istər "Azəryolservis" ASC-də, istərsə də yol çəkilişi, təmiri ilə məşğul olan digər qurumlarda işlər dayanır. Xahiş edirəm bu cür xəbərləri verəndə bir az diqqətli olsunlar”.

Ziya Səccad
BAKU.WS