VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İllik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi müvəqqəti dayandırılır.


Vergilər Nazirliyindən BAKU.WShttp://az.baku.ws/-ə verilən məlumata görə, bu barədə nazirlikdə keçirilən kollegiya iclasında bildirilib. İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir Fazil Məmmədov göstəriş verib ki, satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla, digər yoxlamaların keçirilməsi müvəqqəti dayandırılsın.

Operativ tədbirlərdən yalnız əmək müqavilələrinin bağlanmasına, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna təşkil ediləcək.


Qeyd edək ki, bu qərarın təsiri 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək.

Ziya Səccad

BAKU.WS