SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən daxil olan tozlu küləklə bağlıdır və analizlərin nəticəsinə əsasən, havada tozun həcmi sanitar normadan 20 faiz artıqdır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

M.Avazova bildirib ki, tozlu külək bu gün səhər saat 09:00-dan Azərbaycan ərazisinə daxil olub: "Səhər saat 07:00-da aparılan analizlərin nəticəsinə əsasən, havada tozun miqdarı norma daxilində olub, lakin sonradan vəziyyət dəyişib".

Departament direktoru bildirib ki, bu cür hava şəraitinin ayın 26-dək davam edəcəyi proqnozlaşdırılır:

“Zəif cənub-şərq küləyi əsdikcə, yəni Türkmənistan tərəfdən külək əsdikcə tozlu hava şəraitinin avqustun 26-na qədər davam edəcəyi, atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır. Havada yüksək temperatur, yüksək rütubət olacaq. Məsləhət olunur ki, nəfəs yollarında problem olan insanlar ev şəraitində qalsınlar. Əgər başqa istiqamətdən külək olarsa, vəziyyət başqa cür inkişaf edə bilər”.

BAKU.WS