VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dənizdə itkin düşmüş neftçilərdən birinin meyiti tapılıb.

Axtarış-Xilasetmə Qərargahından trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin 1 saylı Neftqazçıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

BAKU.WS