VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda qeyri-rəsmi "Şanxay" adlanan küçə var. Bu küçənin belə adlanmasının səbəbi tikilmiş "gecəqondu"ların sıxlığı, evlərin iç-içə olmasıdır.

Evlər birbaşa dəmir yoluna açılır. Burada uşaq böyütmək həqiqətən çox risklidir. Çünki uşaqlar relslərin arasında oynayır. Bir evdə baş verənlər digərində açıq eşidilir. Messinin formasını daşıyan 4-cü sinif şagirdi Elgün qatarın səsindən gecələr yata bilməməsini və dərs oxumağa maniə olmasını deyib.

Artıq "Şanxay"da evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı gözlənilir. Və Bakının "Şanxay"ı tarixə qovuşacaq. 

Qəsəbədən fotoları və videoları təqdim edirik:

Tuncay
BAKU.WS