SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Türkiyəli idmançı Ramil Quliyev Londonda yüngül atletika üzrə dünya çempionu olub.

BAKU.WS-in məlumatına görə, Ramil Quliyev 200 metr məsafəyə qaçışda birinci olub.

İkinci yeri CAR təmsilçisi Vayde Van Nikerk, üçüncü yeri isə Trinidad təmsilçisi Jerim Riçards tutub.
 
"Bu şok deyil, amma real kimi də görünmür. Bu çempionatda ən yaxşı nəticəmi göstərdim. Hazırda ən yaxşı qaçışımı göstərdim. Dünya çempionu olmağıma çox şadam. Karyeramın ən yaxşı anıdır", - deyə Quliyev bildirib.

Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.
 
BAKU.WS