VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində SOCAR və Avstriyanın "Poerner” şirkəti arasında Bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib. 
 
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Poerner” şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Wolfgang Heger iştirak edib. Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda Avro 5 standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur.
 
Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır. Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusu istismara veriləcək. Bu tədbir keçmiş "Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.
 
"Poerner” şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduqlarını bildirib. O, yeni bitum qurğusunun inşası məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik "Poerner” şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd edib. Sonra SOCAR və "Poerner” şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən "Poerner” şirkətinin baş direktoru Andreas Poerner imzalayıblar.
 
Şahin Həbibov
BAKU.WS