SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Beynəlxalq Bankı (ABB) əmanətlərə görə faiz dərəcələrini kəskin azaldıb.
 
ABB-nin məlumat bürosundan BAKU.WS-ə verilən məlumata görə, bankda manatla yerləşdirilən əmanətlərə görə illik faiz dərəcələri 3,25%-ə endirilib. Bu qərarın oktyabr ayının 1-dən verildiyi bildirilib. ABB-nin bu qərarına qədər müştərilər əmanətlərini banka 8-10% civarında yerləşdirirdi. 

Bankdan bildirilir ki, 08.06.2015-ci il tarixinədək bağlanmış əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.

Bununla yanaşı, 01.10.2015-ci il tarixinədək AZN-da bağlanmış 3, 6 və 9 aylıq əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.
 
Şahin Həbibov
BAKU.WS