SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Toyota" ciddi problemlə üzləşib.
 
BAKU.WS-in məlumatına görə, yapon avto konserni 6,5 milyon maşınını geri çağırmalı olub. Şirkət maşınların pəncərə nəzarət düymələrində nöqsan aşkarlandığını açıqlayıb. "Yaris" və "Corolla" markalı avtomobillər yenidən xidmət mərkəzlərinə toplanacaq. 
 
Şirkətdən bildirilir ki, avtomobildə "həddindən artıq isitmə" və "duman" təhlükəsi səbəbiylə elektrik şüşələrin düzgün çalışıb çalışmadığı yoxlanılacaq. Problemin avtomobillərdə qısaqapanma və yanğın riski yarada biləcəyindən ehtiyat edilir. Geri çağırılacaq avtomobillərin 1,2 milyondan çoxu Avropa bazarındadır. Yerdə qalan 2,7 milyon avtomobil isə ABŞ bazarından geri çağırılacaq. 
 
"Toyota"nin bu qərarının Azərbaycanla əlaqəli olub-olmadığını maraqlanmaq üçün Toyota Bakı Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, istehsal nöqsanı olan avtomobillərlə bağlı açıqlamanın Azərbaycana aidiyyatı yoxdur:
 
 
"Toyota" şirkəti əsasən, ABŞ və Avstraliya bazarında olan avtomobillərini geri çağırır. Azərbaycanla bağlı heç bir problem yoxdur və satışlar həyata keçirilir", - deyə Mərkəzdən bildirilib.
 
Xatırladaq ki, bu cür nöqsan yapon avtomobil nəhəngində ilk belə hal deyil. "Toyota" ötən aylarda təxminən 10 milyon avtomobili hava yastıqlarındakı problem səbəbiylə geri çağırmaq məcburiyyətində qalmışdı.
 
ŞAHİN Həbibov
BAKU.WS