SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Hər il sosial ipoteka ilə bağlı maliyyə ayrılır. Müvafiq banklar var və gənclər həmin banklardan ipoteka krediti əldə edə bilirlər. Məqsəd odur ki, ipotekaya ayrılan vəsait daha da çox olsun".
 
BAKU.WS-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazir ümid edir ki, yaxın gələcəkdə daha çox insan sosial ipotekadan bəhrələnə biləcək: "Ən əsası odur ki, sosial ipoteka tək Bakıda deyil, həm də regionlarda yaşayan gənclərə verilsin", - deyə nazir əlavə edib.
 
Ayşən Ayxan
BAKU.WS