SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Elza Seyidcahan öz Instagram səhifəsindən maraqlı şəkil paylaşıb.
 
BAKU.WS-in məlumatına görə, deputatlığa namizədliyini verən müğənni xalq arasına çıxıb. Namizəd xanım yaşlılarla söhbət edərək onların dərdlərini dinləyib. 
 
Müğənni Instagram səhifəsində paylaşdığı şəkilin altına "İnsanların hər şeydən çox ünsiyyətə ehtiyacı var" deyə yazıb. 
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Elza Seyidcahan 54 saylı Şabran Siyəzən dairəsində namizədliyini irəli sürüb. Müğənninin namizədliyi qeydə alınıb. 
 
BAKU.WS