SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda uşaq poliklinikasında həkimin rüşvət tələb etməsinin görüntüləri yayılıb.

BAKU.WS-ə göndərilən videoda görünür ki, həkim vətəndaşdan qan analizi almaq üçün 3 manat tələb edir.

Şikayətçi Elnur Hüseynin iddiasına görə, hadisə Bakı şəhəri, Xətai rayonu 9 saylı uşaq poliklinikasında olub. Onun sözlərinə görə, bu video qan analizi götürülən otaqda çəkilib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova BAKU.WS-ə bildirib ki, bütün dövlət xəstəxanalarında xidmətlər pulsuzdur.

"Vətəndaşın iddiası araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Lakin vətəndaşın həkimin rüşvət tələb etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməsi tövsiyyə olunur”, - deyə SN rəsmisi bildirib.
 
Murad
BAKU.WS