Artıq məzuniyyətdən qayıdan Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də vətəndaşlarla görüşəcək.
BAKU.WS-in məlumatına görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Nnaziri Ziya Məmmədov 23 oktyabr 2015-ci il tarixində Neftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 21 oktyabr 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
Salyan "20 saylı Yol İstismarı İdarəsi” (Salyan şəhəri, 20 Yanvar küçəsi-1)
Biləsuvar "21 saylı Yol İstismarı İdarəsi” (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1)
Neftçala "39 saylı Yol İstismarı İdarəsi” (Neftçala şəhəri, 33-cü məhəllə)
Ziya Səccad
BAKU.WS