SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb. Rəqib Lüksemburqun "Fola Eş" komandası olub.

"Dalğa Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 89-cu dəqiqədə Mirhüseyn Seyidov vurub. Bu, Azərbaycan klublarının cari mövsümdə üst-üstə 6-cı qələbəsi olub. Cavab görüşü iyulun 20-də Lüksemburqun Eş-sür Alzet şəhərindəki "Emil Mayriş" stadionunda keçiriləcək.

Qeyd edək ki, əslində matç iyulun 13-də keçirilməli idi. Lakin "Qəbələ" ilə "İnter"in ev oyunlarının eyni günə təsadüf etməməsi üçün UEFA vaxt dəyişikliyinə əl atıb.

"İnter" əvvəlki mərhələdə Serbiya "Mladost"unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələyib. "Fola Eş" isə Moldova "Milsami"sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1. Bu rəqib son iki həftədə Lüksemburqdan Bakıya səfər edən ikinci komanda olacaq. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsində "Zirə" elə "Dalğa Arena"da "Differdanj"ı 2:0, səfərdə isə 2:1 hesabı ilə yenib.
 
BAKU.WS