SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan energetiklərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncama əsasən Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə 26 nəfər "Tərəqqi” medalı ilə təltif edilib.


"Tərəqqi” medalı ilə təltif edilən energetiklər aşağıdakılardır:


Ağayev Məmmədhəsən Allahverdi oğlu
Aqayev Aşəd Aslan oğlu
Bəhrəmov Şamid Əbülfəz oğlu
Cəfərov Səxavət İsmayıl oğlu
Əhmədov Kamil Aydın oğlu
Əliyev Vüqar İsmayıl oğlu
Əsgərov Nizami Hüseyn oğlu
Həmidov Qalib İnsaf oğlu
Hüseynov Etibar Şəmil oğlu
Hüseynov Vahid Hüseyn oğlu
Hüseynov Vüsal Musa oğlu
Kərimli Cabar Seyfulla oğlu
Kiçibəyov Vyaçeslav Ramazanoviç
Mahmudov Cəsman Kərim oğlu
Məmmədli Saleh Süleyman oğlu
Mənsimov Əlibala Xanbala oğlu
Mirzəyev Ələmdar Mənsimalı oğlu
Mustafayev Azad Fəxrəddin oğlu
Nəbibəyli Vüqar Adil oğlu
Qafarlı Etibar Məmməd oğlu
Qafarov Rəhim Abbas oğlu
Süleymanov Nəsir İsgəndər oğlu
Vəliyev Rizvan Şamı oğlu
Yunusov Zeynal Yunus oğlu
Yusifov Ramil Əli oğlu
Zeynalov Zeynal Mirzəbala oğlu.

 

Bundan başqa, ölkə başçısı Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Yaşar Cabbar oğlu Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında da sərəncam verib.


Sərəncamda deyilir:

"1. Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Yaşar Cabbar oğlu Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Ziya Səccad
BAKU.WS