VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Nənə və nəvənin qətlə yetirilməsi əlbəttə ki, azərbaycanlıların qəzəbinə səbəb olub və Azərbaycan hökuməti bu təxribata adekvat cavab verməlidir.”

BAKU.WS-in məlumatına görə, bunu rus dilində yayımlanan məşhur "VestnikKavkaza” saytına müsahibəsində Rusiya prezidentinin səlahiyyətli nümayədəsi, Siyasi araşdırmalar institutunun direktoru Sergey Markov deyib.

Sergey Markov bildirib ki, bu hadisə Qarabağda aprel döyüşlərinə bənzər hərbi əməliyyatların, hətta daha genişmiqyaslı müharibənin başlanmasına səbəb ola bilər.

Putinin səlahiyyətli nümayəndəsi Ermənistan silahlı qüvvələrinin son hərəkətlərini Xocalıdakı qırğınla müqayisə edib.

"ATƏT-in Minsk Qrupu Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsinə reaksiya verməlidir. Müharibənin başlanmasına imkan vermək olmaz. İrəvana təzyiq göstərilməlidir”, - deyə Sergey Markov bildirib.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
 
Saməddin Mehralıyev
BAKU.WS