VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov ikinci dəfə ata olub.  

BAKU.WS, PrimeTime.Az-a istinadən xəbər verir ki, bu gün Ramil Səfərovun xanımı Şəbnəm oğlan uşağı dünyaya gətirib. Cərrah-mama ginekoloq Səbinə Mirzəyevanın rəhbərliyi ilə keçən doğum prosesi normal keçib. Qeyd edək ki, zabitin həyat yoldaşı ilk övladını qeysəriyyə yolu ilə dünyaya gətirmişdir. Bu dəfə isə ginekoloq Səbinə Mirzəyevanın sayəsində doğuş təbii yolla baş tutub. 

Qeyd edək ki, Ramil Səfərov 2012-ci il oktyabrında evlənib. Cütlüyün bir qızı var.  

BAKU.WS