SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakıda start götürən "Formula-2" yarışında ilk qəza baş verib. 

BAKU.WS-in məlumatına görə, DAMS komandasından olan britaniyalı Oliver Rouland idarəetməni itirib. O, Bakı yolunun döngələrindən birində bolidlə düzgün manevr edə bilməyib. Bu "Formula-2" pilotlarının sərbəst yürüşləri zamanı baş verib. 
 
Qeyd edək ki, "Formula 2" yarışı Avropada geniş yayılıb. Dünyanın dörd bir yanından olan avtoidman həvəskarları "Formula 2"ni "Formula 1"ə keçmək üçün var qüvvəsi ilə mübarizə aparan sürücülərin ortaya qoyduğu möhtəşəm şouya görə sevirlər. Nə üçün var gücü ilə? Hər "Formula 2" iştirakçısı bilir ki, bu çempionatda əldə etdiyi qələbə və podiumlardan sonra "Formula 1"in uğurlu komandasından təklif ala bilər. Məhz bu səbəbdən "Formula 2" pilotları daha gərgin mübarizə aparırlar və trekdə bir-biri ilə güclü rəqabət içərisində olurlar.

BAKU.WS