SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hövsan qəsəbəsində Dədə Qorqud qəbristanlığı yaxınlığında qəza vəziyyəti yaranıb. 
 
BAKU.WS-in məlumatına görə, "Mercedes" markalı avtomobil qəfil əsas yola çıxaraq yük maşının sürücüsünü çaşdırır.
 
Özünü itirməyən yük maşını sürücüsü qəfil sükanı sola döndərir və son anda qəzadan xilas olur. "Mercedes" sürücüsü isə heç nə olmamış kimi əsas yola çıxaraq yoluna davam edir. 
 
Sözügedən video sosial şəbəkədə kəskin reaksiyalara səbəb olub. Facebook istifadəçiləri qaydaları pozan və qəza vəziyyəti yaradan "Mercedes" sürücüsünü tənqid edib. 
 
ŞAHİN
BAKU.WS