2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub. 
 
BAKU.WS-in məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 47 984 ədəd olub. 
 
Dövlət Gömrük Komitəsinin statistik hesabatına əsasən, 9 ay ərzində idxal edilən maşınların 20 386 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 43 496 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1584 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3946 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.
 
BAKU.WS