VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda ikinci əl avtomobillərin qiyməti 20 faiz bahalaşıb.

BAKU.WS xəbər verir ki, bunu oxu.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı bildirib. O qeyd edib ki, yeni avtomobillərin dəyərində 2 dəfə artım olub.

Ekspertin sözlərinə görə, ikinci əl avtomobil bazarı üzrə ən çox bahalaşma "Mercedes-Benz” markalı avtomobillərdə müşahidə edilib: "Hər iki bazar üzrə qiymətlərdə manatla ifadədə artım olub. Hazırda bazarda 50-dən çox avtomobil markasının 300 modeli satılır. Yeni avtomobillərdən "Kia”, "Toyota”, "Nissan”da qiymət artımı baş verib”.

İdxalın artımına toxunan ekspert bunun nisbi xarakter daşıdığını vurğulayıb. Bildirib ki, hazırda bazarda təklif aşağıdır: "Alqı-satqı əqdlərinin sayında da azalma var. Təklifin aşağı olması isə qiymətlərin bahalaşmasına gətirib çıxarıb”.

Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb.

Bildirək ki, hesabat dövründə təkcə Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə, məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur.
 
BAKU.WS