VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Gələn ildən etibarən Azərbaycanda idman-mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz vergi tutulacaq.


BAKU.WS
-in məlumatına görə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, idman mərc oyunlarından udulan məbləğ 10%-lə vergiyə cəlb ediləcək.


Xatırladaq ki, Azərbaycan hökuməti ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini artırmağı təklif edir. Vergi Məcəlləsinə düzəlişlər layihəsi parlamentə təqdim olunub.

Məcəllənin 220-ci maddəsində dəyişikliklərə əsasən, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə dövriyyənin 8%-i səviyyəsində müəyyən etmək təklif olunur.

Bu dərəcələr Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarlar üçün müəyyən edilir.

Bu dəyişikliklər parlament tərəfindən qəbul olunacağı halda 1 yanvar 2016-cı ildən etibarən qüvvəyə minəcək.

Hazırda Azərbaycanda sadələşdirilmiş verginin fərqləndirilmiş dərəcəsi tətbiq olunur. Xüsusilə Bakıda fəaliyyət göstərən sahibkarlar üçün vergi dərəcəsi fəaliyyət növündən asılı olmayaraq dövriyyənin 4%-i, ölkənin digər regionlarında fəaliyyət göstərən sahibkarlar üçün dövriyyənin 2%-ni təşkil edir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, illik dövriyyəsi 120 min manatdan çox olmayan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Ziya Səccad
BAKU.WS