SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Axşam saatlarından Bakıya yağan güclü yağışdan sonra yolları su basıb.  
 
BAKU.WS-in məlumatına görə, paytaxtın Binəqədi rayonu suyun içində qalıb. Küçələrdə kanalizasiya sisteminin normal işləməməsi yollarda göllənməyə səbəb olub. Videodan görünür ki, avtomobillər demək olar ki, suya qərq olub. 
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna əsasən iyunun 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

İman
BAKU.WS