Azərbaycan prezidenti İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılmasına dair verdiyi tapşırığın icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi dünən keçirilmiş geniş kollegiya iclasında ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, eyni zamanda, iclasda nazirlik ixrac xərclərinin azaldılması məqsədi ilə qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılması barədə Tarif (qiymət) Şurasına müraciət etməyi qərara almışdır.

Ziya Səccad

BAKU.WS